Bu ilin yanvar-may ayları ərzində Azərbaycan ümumi dəyəri 19 032,60 ABŞ dolları olan 28 682,17 ton düyü idxal edib.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk beş ayında Azərbaycana idxal edilən düyünün dəyəri 12,4%, həcmi isə 38,5% artıb.

Qeyd edək ki, bu ilin ilk beş ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,46%-nə bərabər olub. (Apa)