Ötən ay Çin Azərbaycandan gündəlik 333,755 min barel həcmində xam neft alıb.

May ayında Çinin neft idxalında Azərbaycan 9-cu sırada qərarlaşıb.Ötən ay Çinin ümumilikdə gündəlik neft idxalı 11,342 mln barel olub.

Qeyd edək ki,  ilin beş ayında Çin SOCAR-dan 1 mln. 253 min 300 ton Azərbaycan nefti alıb. Azərbaycanın ümumi neft ixracında Çinin payı 14% olub. Bu müddətdə Çin Azərbaycan neftinin ikinci ən böyük alıcısı olub.