Azərbaycan 2020-ci ilin yanvar-aprel aylarında $15 milyon 515,9 min dəyərində 21 min 785,51 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. 

Eyni zamanda, $15 milyon 64,69 min dəyərində 21 min 266,13 ton benzin Rusiyadan, $451,21 min dəyərində 519,39 min ton benzin – İrandan idxal edilib. Beləliklə, idxalın 97,6%-i RF-nin payına düşüb.Apreldə $3 milyon 950,33 min dəyərində «Premium Euro-95» markalı avtomobil benzinin idxalı 6 min 472,65 ton təşkil edib. Bütün idxalın həcmi Rusiyanın payına düşüb.

Bundan başqa, 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana $639,86 min dəyərində 748,32 ton «Super Euro-98» markalı avtomobil benzini idxal olunub.

Həmçinin, $220,61 min dəyərində 249,9 ton «Super Euro-98» markalı avtomobil benzini Belarusdan, $53,76 min dəyərində 59,53 ton – Yunanıstandan, $201,45 min dəyərində 229,06 ton – Rusiyadan, $164,04 min dəyərində 209,83 ton – Rumıniyadan idxal olunub.

Xəbər verildiyi kimi, Azərbaycan 2019-cu ildə $40 milyon 660,42 min dəyərində 53 min 796,52 ton «Premium Euro-95» və $1 milyon 645,47 min dəyərində 1 min 806,8 ton «Super Euro-98» markalı benzin idxal edib.

«Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin litri 1,1 manat, “Super Euro-98” markalı benzinin litri isə 1,4 manat təşkil edir