Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti təqribən 580 ABŞ dollarında yuxarı səviyyədə qərarlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, 14 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 584,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (572,1 dollar) ilə müqayisədə 2,1% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.