Amerika fond bazarında "Dow Jones" indeksi 0,01% - 25 967,33 bəndədək artıb, "S&P 500" 0,16% - 2 879,42 bəndədək, NASDAQ isə 0,26% - 7 943,32 bəndədək azalıb.

İqtisadiyyat.Az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,15% - 7 271,00 bəndədək, Almaniya DAX-ı 0,72% - 12 179,93 bəndədək, Fransa CAC-40-ı isə 0,40% - 5 417,59 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,20 dollar bahalaşaraq 1 282,60 dollara, gümüşün unsiyasının qiyməti isə 0,02 dollar azalaraq 14,84 dollara satılıb.