Avropa Birliyi (AB) ölkələrində 2017-ci ildə cəmi siqaret istehsalı 2016-cı illə müqayisədə 40 milyard ədəd azalaraq 487 milyard ədədə düşüb.

Avropa Statistika Ofisi (Eurostat) siqaret istehsal məlumatlarını yayıb.

"Marja" məlumata istinadən xəbər verir ki, AB üzvü 28 ölkədə 2016-cı ildə 527 milyard ədəd səviyyəsində reallaşan siqaret istehsalı 2017-ci ildə 40 milyard azalaraq 487 milyard ədədə geriləyib.

Avropa Birliyində adambaşına təxminən 950 ədəd siqaret istehsal edilib. İstehsal edilmiş siqaretin cəmi dəyəri 4,9 milyard avro olub.

Üzv ölkələr arasında siqaret istehsalında ilk yeri Almaniya tutub. Almaniya təxminən 150 milyard ədədlə AB-nin cəmi siqaret istehsalının 31%-ini reallaşdırıb.

Polşa 114 milyard ədəd, Rumıniya 70 milyard ədəd, Yunanıstan və Portuqaliya hər biri 25 milyard ədəd, Bolqarıstan 20 milyard ədəd siqaret istehsal edib.