2021-ci ilin yanvar-aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 1 725 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Agentlik bu barədə hesabat yayıb.

Bildirilib ki, bu dövr ərzində 75 sahibkarlıq subyektinə 1 832 baş damazlıq heyvan alınması üçün 3,8 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

Aqrar sektorda fəaliyyət göstərən 1 060 (illik müqayisədə 4,8 dəfə çox) hüquqi və fiziki şəxsə 18,6 milyon manat (illik müqayisədə 4,2 dəfə çox) məbləğində güzəştli kreditlər verilib. Bunun 11,8 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1,6 milyon manatı orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 5,1 milyon manatı isə mikrokreditlərdir.