Elektron ticarət nəhəngi Amazon şirkəti, 8,45 milyard dollara Metro Goldwyn Mayer-i (MGM) satın aldı. 

MGM-in arxivində 4 mini aşan film və 17 mindən çox televiziya məzmunu var.

Amazon-un səhmləri xəbərdən sonra 0,5% bahalaşıb.

Amazonun bu satınalması 2017-ci ildəki 13,7 milyard dollarlıq Whole Foods-ın alışından sonrakı ən böyük ikinci razılaşmadır.

Satınalma ATT-nin Discovery ilə birləşməsindən sonra reallaşıb. Son üç il ərzində media fəaliyyəti sahəsinə 85 milyard dollar sərmayə yatıran ATT Inc. bu iş sahəsini şirkətin tərkibindən ayırıb Discovery Inc. ilə 43 milyard dollarlıq satınalma üçün razılaşmışdı.