Azərbaycanda cari ilin oktyabr ayından proqramlaşdırma və robototexnika sahəsində aparıcı beynəlxalq françayzinq modelində fəaliyyət göstərən "Akademiya Geniev" (Академия Гениев) təlim kursları fəaliyyətə başlayıb. Mərkəzdə Proqramlaşdırma və Robototexnika kurslarından başqa şahmat və rəsm kursları keçirilir. Bununla yanaşı yaxın aylarda data analitika kurslarında təşkil olunması planlaşdırılır. Hazırda, mərkəz bir neçə ölkədə 20-dən çox şəhərdə təmsil olunur və aktiv fəaliyyətdədir. 
Mərkəzin missiyası XXI əsrin rəqəmsal əsr olduğunu nəzərə alaraq uşaqların və gənc yeniyetmələrin İT biliklərini artırmaq, mükəmməl proqramlaşdırma və robototexnika bacarıqlarına yiyələndirməkdir. Bu fəlsəfə əsasında gənclərin gələcək karyeralarında üstün bilik qabiliyyətinin formalaşmasına zəmin yaradacağına əminlik yaradır.

Qeyd edək ki, mərkəz Bakı şəhəri Elmlər Akademiyası meteostansiyasının yaxınlığında, Hüseyn Cavid küçəsi 78/81 ünvanında yerləşir.
Ətraflı məlumat əldə etmək üçün mərkəzin İnstaqram səhifəsindən əldə etmək mümkündür.
https://www.instagram.com/agenio_baku/