Avropa İttifaqı (Aİ) komissiyası alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələrinin kreditləri azaltması səbəbindən bu il Avrozonada iqtisadi artım gözləntisini 0,8%-ə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə komissiyanın “Avropa İqtisadi Proqnozları 2023” hesabatında bildirilib.

Aİ iqtisadiyyatının ötən il 0,5%, bu il 0,9%, gələn il 1,7%, Avrozona iqtisadiyyatının isə ötən il 0,5%, 2024-cü ildə 0,8%, 2025-ci ildə isə 1,5% artacağı proqnozlaşdırılırdı. Lakin komissiya alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələrinin kreditləri azaltması səbəbindən iqtisadi artım gözləntisini aşağı salıb.

Qeyd edilib ki, ötən ildə Aİ-yə üzv olan 11 ölkənin - Estoniya 3,5%, İrlandiya 1,9%, Macarıstan və Lüksemburq 0,8%, Avstriya 0,7%, Latviya 0,6%, Finlandiya və Çexiya 0,4%, Litvanın 0,3%, İsveçin iqtisadiyyatı isə 0,1% azalıb.