Bu gün İntizam Komitəsinin iclası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

I Liqa 23-cü tur

25.04.2024-cü il tarixində I Liqada XXIII turun “Araz Saatlı” – “Karvan” oyununun 79-cu dəqiqəsində “Araz Saatlı” klubunun məşqçisi Zəkəray Atakişiyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Araz Saatlı” klubu 150 manat cərimə edilir (maddə 42.3);

25.04.2024-cü il tarixində I Liqada XXIII turun “Qaradağ Lökbatan” – MOİK oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 70.1).