Amerika fond bazarında "Dow Jones" indeksi 2,90% - 25 717,74 bəndədək, "S&P 500" 2,98% - 2 844,74 bəndədək, NASDAQ isə 3,47% - 7 726,04 bəndədək azalıb.

İqtisadiyyat.Az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 2,47% - 7 223,75 bəndədək, Almaniya DAX-ı 1,80% - 11 658,51 bəndədək, Fransa CAC-40-ı isə 2,19% - 5 241,55 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,30 dollar ucuzlaşaraq 1 475,20 dollara, gümüşün unsiyasının qiyməti isə 0,06 dollar artaraq 16,45 dollara satılıb.