ABŞ Fələstinə əlavə 50 milyon dollar ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Fələstin Prezidenti Mahmud Abbasla danışıqlardan sonra bu barədə açıqlama yayıb.

Açıqlamada bildirilir ki, məbləğ Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə ayrılmış vəsaiti tamamlayacaq.

Bundan əlavə, ABŞ Fələstin torpaqlarının sakinlərinə dördüncü nəsil (4G) internet xidmətlərinin göstərilməsini asanlaşdıracaq.

Blinken yanvarın 29-dan 31-dək Yaxın Şərq turnesindədir. ABŞ dövlət katibi artıq Misir və İsrailə səfər edib.