ABŞ-da neftin kommersiya ehtiyatları ötən həftə ərzində 7,19 milyon barel azalaraq 26 iyun tarixində 533,33 milyon barelədək geriləyib.

Bu barədə Enerji Departamenti bildirib. Halbuki rəyi öyrənilən ekspertlər ehtiyatların cəmi 500 min barel azalmasını gözləyirmişlər.

Qeyd edək ki, bu gün Londonun İCE birjasındakı hərracda “Brent” markalı neft 0,1 faiz bahalaşaraq 42,07 ABŞ dollarından, “WTI” markalı neft isə əvvəlki hərracda olduğu kimi 39,91 ABŞ dollarından satılıb.report