ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı, bazar gözləntilərinə uyğun bitən həftədə 225 minə yüksəlib.


İqtisadiyyat.az xəbər verir ki, ABŞ Əmək Departamenti həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb.

Buna görə ölkədə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 24 dekabrda bitən həftədə bir əvvəlki həftəyə görə 9 min artaraq 225 minə yüksəlib.

Ötən həftə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 216 min olaraq qeydə alınıb.

Keçən həftə etibarilə 4 həftəlik ortalama işsizlik müavinəti müraciətləri əvvəlki həftəyə görə 250 adam azalaraq 221 minə geriləyib.

Digər tərəfdən, davam edən işsizlik müraciətləri 17 dekabrda bitən həftədə 41 min adam artaraq 1 milyon 710 minə çatıb.

Analitiklər, ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiyanı azaltma hədəfi çərçivəsində işçi qüvvəsi tələbini soyutmağa çalışdığı bir vaxtda işsizlik müraciətləri ilə bağlı məlumatların bu dövrdəki artıma baxmayaraq, əmək bazarı şərtlərinin sabit olduğunu göstərən diapazonda qaldığını bildirib.