ABŞ-da koronavirusa yoluxanların sayı 1000 nəfərə yaxınlaşıb.

CNN-in xəbərinə görə, ölkə ərazisində 975 nəfər koronavirusa yoluxub, 31 nəfər isə bu virusdan ölüb.

Bundan əvvəl ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi 712 nəfərin virusa yoluxduğu, 27 nəfərin isə öldüyü barədə xəbər vermişdi.

Qeyd edilir ki, ABŞ-da koronavirusdan ölüm halı ən çox Vaşinqton ştatında qeydə alınıb. Burada 24 ölüm faktının olduğu bildirilir.