Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində Ramazan bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi iyunun 4-dən 7-nə qədər davam edəcək.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə DANX-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. 

Qeyd edək ki, ötən il 62 avtovağzal və avtostansiya kompleksindən Ramazan bayramı ilə əlaqədar ümumilikdə 54 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlara səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletləri öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etməyiniz tövsiyyə olunur. Region avtovağzallarından növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur.

DANX sərnişinlərdən hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə (012) 562-67-58 nömrəsinə zəng edərək məlumat verməyi xahiş edib.