Kürdəmir rayonunda 25 yaşlı gənc intihar edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Şilyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1998-ci il təvəllüdlü Kərimov Xəyal Fətəli oğlu intihar edib.

Onun meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə qardaşı Elşən Kərimov tərəfindən aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.