İslam İnqilabı Keşikçiləri Korpusunun İraqın Ərbil şəhərinə raket hücumu təkcə İraqın deyil, bütün regionun sabitliyinə təhlükə yaradır.

İqtisadiyyat.az xəbər verir ki, bu bəyanatla İraq prezidenti Əbdüllətif Rəşid çıxış edib.

"Biz İraqın suverenliyinə və ölkənin təhlükəsizliyinə xələl gətirən Ərbil şəhərinin bombalanmasını qətiyyətlə pisləyirik. Problemlər, sabitliyi təhdid edən hərbi hücumlarla deyil, birgə konstruktiv dialoqla həll edilə bilər”, – deyə o, bildirib.

 

Gözəl Həşimova