ABŞ prezidenti Co Bayden, əgər sənəddə Ukraynaya yardım da nəzərdə tutulmasa, İsrailin maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiq etməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin İdarəetmə və Büdcə İdarəsi məlumat yayıb.

Departamentin məlumatına görə, Bayden Ukraynasız İsrailə yardım layihəsinə veto qoyacaq.

Qeyd edək ki, fevralın 4-də ABŞ Senatı sərhədin qorunması üçün 20,23 milyard dollar, Ukraynaya yardım üçün 60,06 milyard, İsrailə isə 14,1 milyard dollar ayıracaq qanun layihəsini təqdim edib .

 

Gözəl Həşimova