Bakı şəhərinin Yasamal rayonunda restoranda yanğın olub.

FHN-dən İqtisadiyyat.az-a verilən xəbərə görə, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd fri aparatı və havalandırma qurğusunda yağ qalıqları yanıb. Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.