Bakıda hərəkətdə olan avtomobil yolun kənarında dayanmış nəqliyyat vasitəsinə çırpılıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində qeydə alınıb.

1972-ci il təvəllüdlü Məmmədov Eldəniz Yaqub oğlunun idarə etdiyi “Hyundai Santafe” markalı  avtomaşınla Qala avtomobil yolunun kənarında dayanmış 1971-ci il təvəllüdlü Qarayev Asif  Bəhram oğlunun idarə etdiyi “Mersedes Vito” markalı avtomaşını vurub.

Nəticədə “Mersedes Vito” markalı  avtomaşında olan sərnişin 1978-ci il təvəllüdlü Rüstəmov Rüstəm Vəzir oğlu hadisə yerində vəfat edib, 1994-cü il təvəllüdlü Məmmədov Əbdül Mustafa oğlu, 1968-ci il təvəllüdlü Vəliyeva Elmira Ələkbər qızı,  Məmmədov Eldəniz Yaqub oğlu və İmanova Əfsanə Qocəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Fakta bağlı cinayət işi başlanılaraq istintaq aparılır.