Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən üçüncü sessiyasında iştirak edir.

Bu barədə İqtisadiyyat.az-a Komitədən bildirilib.

Sessiya çərçivəsində dünya üzrə insanyönümlü “ağıllı” şəhərlərə dair tövsiyə xarakterli beynəlxalq təlimat sənədinin tərtib edilməsi və “UN-Habitat”ın 2026-2029-cu illəri əhatə edəcək strateji planının hazırlanması istiqamətində yol xəritələrinin icrası müzakirə edilir.