"Bir neçə gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər. Biz sülhə doğru gedirik, sülhün başqa yolu yoxdur".

İqtisadiyyat.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.

“Bu sülh müqaviləsi 5 və ya 10 gün ərzində imzalana bilər. Təkliflərimizi göndərmişik, bu artıq 6-cı mübadilədir. Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, sülh sazişi bir neçə gün ərzində imzalana bilər”, - o bildirib.