2023-cü ilin sonuna Yaponiyanın dövlət borcunun həcmi rekord həddə - 8,6 trilyon dollara çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə hakimiyyət orqanlarının yaydığı məlumatda deyilir.
Məlumata görə, 2022-ci ilin dekabr ayı ilə müqayisədə isə dövlət borcunun həcmi 196,7 milyard dollar artıb.
Qeyd edək ki, yanvarın 26-da Yaponiya hökuməti növbəti maliyyə ili üçün büdcə layihəsini parlamentə təqdim edib.
Gözəl Həşimova