NATO ölkələri Kiyevə yeni hərbi təchizatların verilməsi üçün artıq 10 milyard dollarlıq müqavilə imzalayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasına gələrkən deyib.
Onun sözlərinə görə, silah istehsalının artırılması lazımdır:
"Bu gün mən Ukrayna-NATO Şurasının iclasına sədrlik edəcəm. Biz Ukraynaya yardımımızı necə dəstəkləyəcəyimizi müzakirə edəcəyik. NATO ölkələri müqavilələr imzalayıblar".
Gözəl Həşimova