"Həmas Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının atəşkəs qərarını qəbul edib və təfərrüatlar üzrə danışıqlara hazırdır".
İqtisadiyyat.az xəbər verir ki, bunu Həmas-ın yüksək səviyyəli rəsmisi Sami Əbu Zuhri "Reuters"ə deyib.
Onun sözlərinə görə, İsrailin bu qərara əməl etməsini təmin etmək Vaşinqtonun əlindədir:
"Həmas BMT Təhlükəsizlik Şurasının atəşkəs, İsrail qoşunlarının çıxarılması və girovların İsrail tərəfindən saxlanılan məhbuslarla dəyişdirilməsi ilə bağlı qətnaməsini qəbul edib".
Gözəl Həşimova