Elvin Hətəmzadə ədliyyə nazirinin müşaviri təyin olunub.

İqtisadiyyat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, E.Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-nin Park Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, Vaşinqton Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

2012-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Ali Məhkəmədə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabr ayından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb.

Həmçinin 2016-2020-ci illərdə ADA Universitetində pedoqoji fəaliyyətlə məşğul olub, bir sıra elmi-tədqiqat məqalələrinin müəllifidir.

E.Hətəmzadə ABŞ-nin Nyu-York ştatının və Vaşinqton federal dairəsinin Vəkillər Kollegiyasının, ABŞ-nin Nyu-York ştatının Vəkillər Assosiasiyasının və Amerika Vəkillər Assosiasiyasının üzvüdür.