2019-cu ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 348,4 milyon manat köçürüb, bu da ötən ilin analoji dövrü ilə müqaisədə 23,8 faiz çoxdur. Bu barədə "Trend" DGK-nın stastistik göstəricilərinə istinadən xəbər verir.

DGK-nın xətti ilə büdcəyə daxilolmalar 4 istiqamət üzrə formalaşır: gömrük rüsumları, əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi və yol vergisi.

Cari ilin mart ayında gömrük vergiləri 78,66 milyon manat və ya bütün daxilolmaların 22,6 faizi, ƏDV - 218,16 milyon manat (62,62 faiz), aksizlər - 48,16 milyon manat (13,8 faizə yaxın), yol vergisi - 3,4 milyon manat (bir faizə yaxın).

2019-cu ilin yanvar-mart aylarında ötən ilin analoji dövrü ilə müqaisədə gömrük vergilərindən daxilolmalar 17,8 faiz, ƏDV-dən - 40,4 faiz, aksizlərdən - təxminən üç dəfə, yol vergisindən - 19,3 faiz artıb.

Qeyd olunan dövr ərzində Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalar 1,01 milyard manat təşkil edib.