Naxçıvan Dövlət Universiteti (NDU) xidməti avtomobil alır.
İqtisadiyyat.az-ın xəbərinə görə, ali təhsil müəssisəsi avtomobillə bağlı "Toyota Abşeron Mərkəzi"nə sifariş verib.
Qeyd edilib ki, sifariş olunan avtomobilin buraxılış ili 2024-cü il, rəngi qara olmalıdır.
Avtomobilin dəyəri 100 min manat müəyyənləşib.