2024-cü ilin yanvar ayında valyuta hərraclarında 417.1 milyon ABŞ dolları satılıb.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə və ya 228.5 milyon dollar çoxdur. Belə ki, 2023-cü ilin yanvar ayında keçirilən valyuta hərraclarında 188.6 milyon ABŞ dolları satılıb.

Qeyd edək ki, cari ayda AMB-də 7 valyuta hərracı təşkil edilib.