İqtisadiyyat.az trend-ə istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın (Reyestrə daxil edilən məlumatların tərkibi) 3.1.1.5-ci yarımbəndindən sonra aşağıdakı məzmunda yeni yarımbənd əlavə edilib:

“3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi.”