Sabunçu rayonu ərazisində yerləşən mövcud 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyası 35/10 kV-luq 2x25 MVA gücündə yenidən qurulacaq.
İqtisadiyyat.az xəbər verir ki, “Azərişıq” ASC bununla bağlı müvafiq işlərə başlayıb.
Yenidənqurma işləri çərçivəsində giriş-çıxış xətləri də yeni yarımstansiyaya köçürüləcək.
“Azərişıq” bu işləri “İma-Energy” şirkətinə həvalə edib. Şirkət isə həmin layihəni 4,16 milyon manata icra edəcək.