2023-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 35,8 %-i və yaxud 13 milyard 50,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq məhsullarının alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib.

Bu barədə İqtisadiyyat.az-a Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 1 473,8 milyon manat və yaxud 12,7 % çoxdur.