Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin buğda unu və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən (ƏDV) daha 2 müddətinə azad edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, vergidən azadetmənin 2019-cu il martın 1-dən 2 il müddətinə uzadılması nəzərdə tutulub.

Dəyşikliklər müzakirə olunaraq qəbul olunub.

Xatırladaq ki, 2016-cı ildən Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı ƏDV-dən azad olunub. 2017-ci ildə vergidən azadetmə 4 il müddətinə uzadılıb.(trend)