Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində Kolumbiya və Səudiyyə Ərəbistanının nümayəndələri ilə görüş keçirib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə sinerji və davamlı inkişaf üçün COP29-a hazırlıq çərçivəsində məhsuldar müzakirələr aparılıb.
Collaborative meeting between #Azerbaijan, Colombia, and Saudi Arabia as incoming #COP Presidents of @UNFCCC, @UNBiodiversity, and @UNCCD. Productive discussions on cooperation and synergies for a sustainable future. #RioConventions #SustainableFuture #ClimateAction pic.twitter.com/Q4ezsOMrmM
— COP29 AZ (@COP29_AZ) June 13, 2024