Avropa İttifaqı Ukrayna ərazisində müharibə başlamasının ikinci ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Bu barədə İqtisadiyyat.az "DPA" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Avropa İttifaqı fevralın 24-dək 200 şəxs və şirkətə qarşı sanksiya tətbiq edəcək.

Sanksiyalar siyahısına Avropa İttifaqında aktivləri dondurulmalı olan şəxslər və qurumlar daxil olacaq. Bundan əlavə, Rusiyanın hərbi və texnoloji cəhətdən güclənməsinə və ya ölkənin təhlükəsizlik sektorunun inkişafına töhfə verən şirkətlər də məhdudiyyətlərə məruz qalacaq.

 

Gözəl Həşimova