Almaniyanın gələn il üçün federal büdcə kəsiri 20 milyard avronu ötə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələr məlumat yayıb.

Məlumata görə, Almaniya hökuməti büdcənin hazırlanmasında adi prosedurdan imtina edəcək. Bildirilib ki, ölkənin büdcə kəsiri xeyli yüksəkdir və İqlim və Çevrilmə Fondundan əlavə maliyyəyə ehtiyac olduğu üçün 20 milyard avro həddi keçə bilər.

 

Gözəl Həşimova