ABŞ Senatı İsrailə 14,1 milyard dollar ayrılmasını nəzərdə tutur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin yuxarı palatasında razılaşdırılmış müvafiq qanun layihəsinin mətnində deyilir.

Senatorlar, həmçinin Qırmızı dənizdə silahların döyüş xərclərini kompensasiya etmək üçün 2,44 milyard dollar göndərməyi təklif ediblər.

Sənəddə deyilir ki, 118,28 milyard dollarlıq milli təhlükəsizlik paketinin 14,1 milyard dolları İsrailin təhlükəsizliyinə dəstək üçün nəzərdə tutulub.

 

Gözəl Həşimova