Bakının bəzi küçələrinə xüsusi cihazları quraşdırılıb.

İqtisadiyyat.az xəbər verir ki, Bakının Zığ şossesində də quraşdırılan xüsusi cihaz sürücülərin marağını cəlb edib və bunu sosial şəbəkədə ictimailəşdiriblər.

Redaksiyamıza daxil olan məlumata görə isə Beton yol adlandırılan Zığ şossesində quraşdırılan bu cihazlar sürət həddinin müəyyənləşdirən radar qurğusudur. Eyni zamanda məlumatda bildirilir ki, həmin cihazlar hazırda test rejimində işləyir. Özünü doğrultduqdan sonra şəhərin müxtəlif istiqamətlərində quraşdırılması planlaşdırılır.