Zaqatalada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı  avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç  azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.