Güney Azərbaycan Türklərinin özel media qurumu AN.T (Aznews Television) iyunun 1-dən etibarən yayıma başlayacaq.

Əsas ofisi İsveçrədə olan AN.T kanalı veriliş və proqramlarını müxtəlif ölkələrdə yaşayan jurnalist və müxbirlərlə əməkdaşlıq etməklə hazırlayır. TV-nin digər ofisi isə Bakıda artıq öz işinə başlayıb. AN.T-nin programları Yahsat peykinin 11900 tezliyində və http://www.aznews.tv saytında yayımlanacaq.

AN.T-nin veb səhifəsi oxuculara siyasi, sənət, tarix, elm və texnologiya, eləcə də, idman, iqtisadiyyat, hüquq və ətraf mühit daxil olmaqla ayrı-ayrı bölmələr üzrə ən son xəbərlər, hesabatlar və təhlillərlə təmin etməyə hazırlaşır.