Bu ilin yeddi ayında paytaxtın iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,9 faiz artaraq 571,3 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, dövriyyənin 45 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyul aylarına nisbətən 1,7 faiz azalaraq 257,1 milyon manat təşkil edib.