Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın söndürən zaman Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşı xəsarət alıb. Əməkdaşlarımızın verdiyi məlumata görə 1 FHN işçisinin sağ əli kəsilib, o, 3 saylı xəstəxanaya aparılıb. Yüngül xəsarət alan bir neçə nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Bildirək ki, hadisə yerinə nazirliyin 6 həkim briqadası cəlb olunub.