Biz daim bu istiqamətdə iş aparırıq. İki dövlətin subyektləri arasında hesablaşmanı asanlaşdıran və digər ölkələrin bazarlarına yerli məhsulun ixracını artıran məhsul və xidmətlərin tətbiqi bizim üçün prioritet məsələlərdən biridir.

Yaxın vaxtlarda kiçik və orta sahibkarlıq üçün kassa-hesablaşma xidməti paketi kimi yeni məhsulu təqdim etmək niyyətindəyik. Bu xidmət müştərilərə standart əməliyyatlar üzrə xərclərini optimalaşdırmağa imkan verəcək.

Biz rəqəmsallaşdırma dövründə yaşayırıq və bu sahədə aparıcı xidmətlərin təqdim edilməsi sahəsində rəqabət kifayət qədər yüksəkdir. Bu məsələdə banklar da istisna deyil.

Bu gün hər bir maliyyə təşkilatı müştərilərinə rəqəmsal xidmətlər, tətbiqlər təklif edir. Biz mobil və internet bank xidmətlərimizin funksionalını daim genişləndirir, maksimal dərəcədə rahat xidmət göstərməyə çalışırıq. Bu istiqamətdə müştəri bazamızı genişləndirmək üçün perspektivlər mövcuddur.