“Hər bir vətəndaş öz həyətində qurban kəsə bilər”.

Bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentlinin şöbə müdiri Qalib Əbdüləliyev məlumat verib.

O, Qurban bayramında heyvan kəsimi prosesindən danışıb:

“Əgər vətəndaş öz təsərrüfatında yetişdirdiyi heyvanı öz həyətində qurbanlıq məqsədi ilə kəsirsə, burada heç bir məhdudiyyət yoxdur. Bu cür vətəndaşlar qeyd etdiyimiz 88 ünvandakı məntəqənin xidmətindən istifadə etməyə də bilərlər”.