ƏƏSMN İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Fazil Talıbov öz feysbuk profilində KİV-nə müraciət edib. O, bir müddət əvvəl Bərdədə sosial yardım ala bilməyən vətəndaşla bağlı yayımlanan məlumatalara aydınlıq gətirib. İqtisadiyyat.az nazirlik rəsmisinin paylaşımını oxucularına təqdim edir.

"Hörmətli media nümayəndələri,

Bəzi KİV-lərdə Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Mehriban Qurbanovanın çətin vəziyyətdə yaşadığı, ünvanlı dövlət sosial yardımı ala bilməməsi barədə məlumat yayılıb.

Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailə üzvləri ilə görüşərkən müəyyən olunub ki, ailəyə artıq fevralın 1-dən aylıq 161 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilib və bu barədə sms bildiriş göndərilib.

Lakin onun mobil telefonu təmirdə olduğundan bu bildirişdən xəbəri olmayıb. Görüş zamanı ailəyə sosial yardımını alması üçün bank filialından ödəniş kartını götürməsi tövsiyyə olunub.

Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün elektron qaydada müraciət olunur və sosial yardımın təyinatı da elektron sistem vasitəsilə aparılır"

.