Azərbaycanın İlk Uşaq Hərəkət Mərkəzi olan Muzipo Kids “Hərəkət Başlasın!” şüarı ilə uşaqların həyatına toxunaraq onlara hərəkətli və sağlam bir yaşam qazandırmaqdadır. Mərkəz “Fərqinə varmadan Qavrama” metodu ilə uşaqların zehni və fiziki inkişafını dəstəkləyən 5 inkişaf sahəsinə xidmət edən proqramlara sahibdir.

“Muzipo Kids” təcrübəli təlimçilər tərəfindən hazırlanan,uşaqların fiziki və motor bacarıqlarının inkişafına fokuslanaraq, onların mental və fiziki sağlam inkişafına təkan verən proqramların tətbiqini təmin edir.

“Muzipo Kids” 18 aydan-12 yaş həddinə qədər uşaqların hərəkət edə biləcəyi məkanlar yaradır,cəmiyyətə erkən yaşda idman və intelektual oyunların önəmini aşılayır. Burada proqramlar elmi yanaşma,yaradıcılıq, problemlərin həlli, uşaq hüquqları və gender bərabərliyi kimi təməl dəyərlər üzərində formalaşdırılır. Həmçinin doğum günü, bayram və valideynlərin də iştirakı ilə bir sıra tədbirlər təşkil edərək uşaqların sosiallaşmağına tövhə verir.