Unibank, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə bank kartlarının çatdırılması və işlənməsi üzrə bir neçə mütəxəssis axtarışındadır. Məsuliyyətli, dinamik və məqsədyönlü biri olduğunuzu düşünürsünüzsə, o zaman sizi komandamıza qoşulmağa dəvət edirik!

Müştəri xidməti üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:

• Məhsulun ünvana sürətli və keyfiyyətli çatdırılmasının təmin edilməsi;
• Müştəriyə bank məhsulu barədə məsləhətin verilməsi.

Növbəli iş qrafiki – 2/2.
Tələblər:

• Fiziki cəhətdən sağlam olmalı;
• Çox sayda hərəkət etməyə hazır olmalı;
• Punktual olmalı;
• 4.4 Android və ya IOS 10 və daha yüksək smartfonunun mövcudluğu, həmçinin Powerbankın mövcudluğu;
• Səliqəli görünüş və səlis danışıq qabiliyyəti;
• Fikrini dəqiq, dolğun və əminliklə təqdimetmə bacarığı;
• 21 yaş və üzəri;
• Azərbaycan dili biliyi, rus dilini biliyinin olması arzu olunandır;
• Orta təhsilin mövcudluğu, ali təhsil arzu olunandır.