Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını təbrik edib.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə səfir “Facebook” səhifəsində paylaşım edib.

“Qardaş Azərbaycan xalqı, biz ukraynalılar köməyinizə, dəstəyinizə və həmrəyliyinizə görə sizə təşəkkür edirik! Qoy qarşıdan gələn 2023-cü il qəlblərinizə sevinc, evlərinizə harmoniya və ailə rahatlığı gətirsin, gözəl ölkənizdə daim sülh və firavanlıq hökm sürsün!”, - deyə səfir qeyd edib.